"Beşiktaş" "Sportinq"in hücumçusunu icarəyə götürdü

14:39 - 2 Sentyabr 2019

"Beşiktaş" növbəti transferini reallaşdırıb.

 

Sportal.az "TRT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Sportinq" klubunun hücumçusu Abdulay Diabini bir illik icarəyə götürüb. 28 yaşlı forvard tibbi müayinədən keçmək üçün Türkiyəyə gəlib.

 

"Sportinq" fransalı forvardı 2018-ci ildə "Brügge"dən 4,5 milyon avroya transfer edib.

Xəbər xətti