PSJ Navası transfer etdi

16:44 - 2 Sentyabr 2019

"Real"ın qapıçısı Keylor Navas PSJ-yə transfer olub.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, kosta-rikalı qolkiper tibbi müayinədən keçmək üçün Parisə yollanıb.

 

 32 yaşlı qapıçının keçidi üçün Madrid klubuna 13,5 milyon avro təzminat ödənilib. Parislilər qapıçısı Alfons Areolanı "Real"a icarəyə verib.

 

Navas 2014-cü ildən "Real"da çıxış edirdi. O, ötən mövsüm 21 oyunda meydana çıxıb.

Xəbər xətti