"Qəbələ"yə iki qol vuran gürcü futbolçu "Konyaspor"da

17:05 - 2 Sentyabr 2019

Türkiyənin "Konyaspor" klubu Gürcüstanın "Dinamo" klubunun vingeri Levan Şengeliyanı transfer edib.

 

Sportal.az "A Spor"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun keçidi üçün təzminat ödənilməyib. Gürcü futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. Şengeliya illik 300 min avro maaş alacaq.

 

Gürcüstan yığmasına ilk dəfə dəvət alan futbolçu Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşündə (3:0) iki qol vurmuşdu.

 

Şengeliya 2017-ci ildən "Dinamo"da çıxış edirdi.

Xəbər xətti