Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini açıqlayıb.
Sportal.az klub saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Marsel"in yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatıb. Bu keçid üçün Fransa klubuna 6 milyon avro təzminat ödənilib. Qustavo 4 illik müqavilə bağlayıb.
"Marsel" Qustavonu 2017-ci ildə "Volfsburq"dan 10 milyon avroya transfer etmişdi. Braziliya millisində 41 oyun keçirmiş 32 yaşlı futbolçu Avropada "Hoffenhaym", "Bayern" (Münhen), "Volfsburq", "Marsel" klublarında çıxış edib.
saytlarin hazirlanmasi