İkardi rəsmən PSJ-də

01:11 - 3 Sentyabr 2019

"İnter" hücumçusu Mauro İkardini icarəyə verib.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, Fransanın PSJ klubu argentinalı hücumçunu 5 milyon avro qarşılığında bir illik icarəyə götürüb. Paytaxt klubu 26 yaşlı hücumçunu 65 milyon avroya transfer etmək hüququna sahibdir. Mauro yeni klubunda 18 nömrəli formada çıxış edəcək.

 

"İnter" İkardini 2013-cü ildə "Sampdoriya"dan 13 milyon avroya transfer etmişdi. Hücumçu 219 oyuna 124 qol vurub, 28 assist edib.

Xəbər xətti