"Roma" Patrik Şiki icarəyə verdi

01:18 - 3 Sentyabr 2019

"Roma" hücumçusu Patrik Şiki Almaniyanın "Leyptsiq" klubuna icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Çexiya millisinin üzvü ilə bir mövsümlük müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün 4 milyon avrosundan keçib. "Leyptsiq" gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, 23 yaşlı forvardı 29 milyon avro qarşılıöında transfer etmək məcburiyyətində qalacaq. Çünki müqaviləyə belə şərt qeyd edilib.

 

"Roma" Şiki "Sampdoriya"dan 2017-ci ildə 40 milyon avroya transfer etmişdi.

Xəbər xətti