Fabri İspaniyaya qayıtdı

01:28 - 3 Sentyabr 2019

İngiltərənin "Fulhem" klubu qapıçısı Fabrisio Ramiresi icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı qapıçı İspaniya La Liqasına geri dönən "Malyorka" ilə bir illik icarə müqaviləsi bağlayıb.

 

Fabri 2016-cı ildə "Deportivo"dan "Beşiktaş"a keçmişdi. "Fulhem" 2018-ci ilin yayında ispaniyalı qapıçını heyətinə cəlb etmişdi.

Xəbər xətti