Falkao rəsmən "Qalatasaray"da

01:49 - 3 Sentyabr 2019

"Monako"nun hücumçusu Radamel Falkao "Qalatasaray"a transfer olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Təcrübəli futbolçunun illik maaşı 5 milyon avro olacaq. İstanbul klubu bu keçid üçün "Monako"ya təzminat ödəməyib. Kolumbiya millisinin üzvü "sarı-qırmızılar"da 9 nömrəli formada çıxış edəcək.

 

"Monako" Falkaonu 2013-cü ildə "Atletiko"dan 60 milyon avroya transfer etmişdi. 

Xəbər xətti