21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Deyan Yakimovski olacaq. Ona yan xətt hakimləri Nikola Karakolev və Kuştrim Lika kömək edəcək. 4-cü hakim funksiyasını isə İqor Stoyçevski yerinə yetirəcək.
Sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv ilk matçda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi