UEFA Gənclər Liqasının Çempionlar yolunda püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə "Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi müəyyənləşib.
AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan "qırmızı-qaralar"ın ilk raunddakı rəqibi Kipr təmsilçisi APOEL olub.
"Qəbələ" mərhələ adlasa, növbəti raundda "Real Saraqosa" (İspaniya) - "Korona" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda baş tutacaq. “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.
saytlarin hazirlanmasi