AÇ-2020-nin seçmə mərhələsində Uelsin qonağı olacaq Azərbaycan millisi Kardiffə yola düşüb.
Sportal.az xəbər verir ki, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Regional Futbol Federasiyasının prezidenti və İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da yığma üzvləri ilə birlikdə Uelsə uçublar. AFFA-nın baş katibi Elxan Məmmədov isə milli komandaya ölkə xaricində qoşulacaq.
Yığma "Kardiff Hilton" otelində məskunlaşacaq və sabah oyun öncəsi bir məşqlə kifayətlənəcək.
Sentyabrın 6-da keçiriləcək Uels - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi