Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyev Avropa çempionatının seçmə mərhələsində sentyabrın 6-da Slovakiya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Nəbiyev komandanın bu gün baş tutan son məşqindən sonra bunları söyləyib:
“Zədədən sonra iki aydı məşq edirəm və sabahkı oyuna hazıram. Oyun öncəsi son məşqimizdi. Çox istəkliyik və meydanda ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, meydana qələbə qazanmaq üçün çıxacağıq. Rəqibin oyununu izləmişik, informasiyamız var. Onların səhvlərindən maksimum istifadə etməyə çalışacağıq”.
“Dalğa Arena”da baş tutacaq Azərbaycan – Slovakiya matçına saat 20:30-da start veriləcək.
saytlarin hazirlanmasi