Azərbaycan - Gürcüstan oyununun hakimləri açıqlandı

15:26 - 7 Sentyabr 2019

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması ilə keçirəcəyi oyunun hakimləri məlum olub.

 

Sportal.az xəbər verir ki, oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Loren Kopriva, yan xətt hakimləri Klod Ris və David Mateus Santos olacaq. Dördüncü hakim funksiyasını isə Aleks Kryureq yerinə yetirəcək.

 

“Dalğa Arena”da keçiriləcək qarşılaşma sentyabrın 10-da, saat 20:30-da start götürəcək.

Xəbər xətti