Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Sumqayıt” və “Qəbələ” klubları yoxlama matçı keçirib.
Sportal.az xəbər verir ki, bu gün “Sumqayıt Arena”da keçirilən oyunda qapılara bütövlükdə 4 qol vurulub.
Qarşılaşma "Qəbələ"nin 3:1 hesablı qələbəsiylə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Ülvi İsgəndərov dubla imza atıbsa (51; 61), digər qolu Asif Məmmədov (2) rəqib qapısından keçirib.
saytlarin hazirlanmasi