Təmkin Xəlilzadə: "Xorvatiyaya qol vurduğum üçün çox xoşbəxtəm"

22:15 - 9 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə nəticə barədə danışıb.

 

Sportal.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan müdafiəçi buna görə xoşbəxt olduğunu deyib:

 

"Qol vurduğum üçün çox xoşbəxtəm. Oyundan öncə baş məşqçimiz rəqib barədə xeyli məlumat vermişdi. Əslində, o qədər də məlumata ehtiyac yoxdur. Xorvatiyanın kimliyi hamıya məlumdur. Bu oyuna kimi millimiz seçmə mərhələdə hər oyunda qol vurmuşdu. İstər-istəməz futbolçularda özünəinam var idi. Uelslə oyunda iki bəxtsiz qoldan sonra xal itirdik. Britaniyadan da yaxşı nəticə ilə qayıtmaq olardı. Mən meydana daxil olanda Xorvatiya hesabda 1:0 öndə idi. Meydana daxil olandan beş dəqiqə sonra qol epizodum oldu. Ondan sonra özümə inam artdı ki, bu komandaya qol vurmaq olar. Şükürlər olsun ki, bu qolu vurduq. Bunu mən vurduğum üçün çox xoşbəxtəm. Məğlub olsaydıq, qolumun əhəmiyyəti olmayacaqdı. Xal qazandığımız üçün ikiqat xoşbəxtəm. İnam olmasa, nəticə olmaz. Həm Uelsdə, həm də Xorvatiyada nəticə qazanmağa yaxın olsaq da, uduzmuşduq. Azarkeşlərə təşəkkür edirəm ki, sona qədər dəstəklədilər. Onların dəstəyi sayəsində bu gün xal qazandıq".

Xəbər xətti