Dmitri Nazarov: "Böyük döyüşkənliklə bütün ölkəni xoşbəxt etdik"

10:20 - 12 Sentyabr 2019

Azərbaycan millisinin və Almaniyanın "Aue" klubunun yarımmüdafiəçisi Dmitri Nazarov tag24.de saytına danışıb.

 

Sportal.az xəbər verir ki, milliləşdirilmiş futbolçu AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışıb:

 

"Böyük döyüşkənliklə bütün ölkəni xoşbəxt etdik. Pozitiv hissləri klubuma da gətirdim. Uels və Xorvatiyaya qarşı demək olar, sonadək oynadım. Vacib oyunlara çıxdım, özümü yaxşı hiss edirəm".

 

29 yaşlı futbolçu sentyabrın 15-i II Bundesliqanın VI turunda evdə "Osnabrük"lə keçiriləcək matçda meydana çıxmaq istədiyini söyləyib:

 

"Özümü komandada xoşbəxt hiss edirəm. Mənə meydanda sərbəstlik verilib. Yeni baş məşqçi Dirk Şusterin komandalarına qarşı çıxış etmişəm. Məncə, Şuster oyun keyfiyyətlərimə bələddir".

Xəbər xətti