PSJ-də Neymarın qeyri-müəyyən durumu başa çatıb.
Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Paris klubunun bu həftə Fransa I Liqasında "Strasburq"a qarşı keçirəcəyi matçda meydana çıxacaq.
Braziliyalı futbolçunun yayda "Barselona"ya qayıdışı baş tutmamışdı. Danışıqlar prosesi getdiyi üçün PSJ onu oyunlara buraxmırdı.
saytlarin hazirlanmasi