FIFA referisi Əliyar Ağayev AÇ-2020-in seçmə mərhələsinin oyununa təyinat alıb.
Sportal.az xəbər verir ki, 31 yaşlı referi Farer adaları - Rumıniya matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Hakim-inspektor Stefen Loc (İngiltərə), UEFA nümayəndəsi Riçard Qavrilla (Slovakiya) olacaq.
F qrupunda keçiriləcək Farer adaları - Rumıniya matçı oktyabrın 12-də olacaq.
saytlarin hazirlanmasi