Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv San Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Formal xarakterli matç Azərbaycan millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi turnir çərçivəsində bundan əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma komanda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabıyla məğlub olmuşdu.
Avropa çempionatı, seçmə mərhələ
15 oktyabr
17:00 Azərbaycan U-19 – San Marino U-19 - 2:0
Qollar: Rüfət Abdullazadə, 22, Tural Bayramov, 50
Baş hakim: Alan Mario Sant (Malta)
Azərbaycan: 22. Ayxan Arazlı, 4. Şahin Sahan Mürsel, 5. Xəyal Muradov, 7. Samir Qurbanov, 8. Təbriz İsazadə, 9. Musa Qurbanlı, 10. Turan Vəlizadə (k), 15. Nihad Qurbanlı, 18. Emre Kaplan, 19. Veysəl Rzayev, 20. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 12. Əkbər Vəliyev, 2. Elnur İbrahimov, 3. Murad Məmmədov, 6. İdris İnqilablı, 11. Tural Bayramov, 14. Ədilxan Qarəhmədov, 16. Nihad Quliyev, 17. Əli Mürsəlov, 21. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Samir Əliyev
saytlarin hazirlanmasi