“Qəbələ” - APOEL: hakimlər açıqlandı

18:51 - 16 Oktyabr 2019

UEFA Gənclər Liqası çərçivəsində oktyabrın 24-ü Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - APOEL (Kipr) oyununun hakimlər briqadası müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, oyunun baş hakimi ukraynalı Denis Şurman olacaq. Ona həmyerliləri Valentin Kutsev və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını azərbaycanlı Vüqar Həsənli yerinə yetirəcək. AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik hakim-inspektor, israilli Amir Navon UEFA nümayəndəsi olacaq.

 

Denis Şurman indiyədək 8 beynəlxalq rəsmi oyun idarə edib. Daha çox Ukrayna 1-ci liqasında (Persha Liha) fit çalan 32 yaşlı referi heç vaxt Azərbaycan komandalarının oyunlarını idarə etməyib.

 

Nikosiyadakı ilk qarşılaşma 1:1 hesablı he-heçə ilə başa çatıb.

Xəbər xətti