17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Zamir Həsənovun başçılıq etdiyi komanda Norveçlə qarşılaşıb. Yığma Norveçə 0:5 hesabı ilə uduzub.
Milli ilk görüşdə Sloveniyaya 0:6 hesabı ilə uduzub.
2007-ci ildən təşkil edilən qitə çempionatının final mərhələsi gələn il mayın 9-dan 22-dək İsveçdə keçiriləcək. Milli komanda 5-ci qrupda mübarizə aparır və oyunlar Farer adalarında keçirilir. Yığmanın qrupda son oyunu oktyabrın 23-də meydan sahiblərinə qarşı olacaq.
AÇ-2020. 5-ci qrup. 1-ci tur
20 oktyabr
Norveç - Azərbaycan 5:0
Qollar: Lundbalad, 1, Omarsdottir, 6-pen, 18, Dirdal, 19, Hernes,33
Baş hakim: Sulema Qonsales Qonsales (İspaniya)
Baş hakimin köməkçiləri: Eliana Fernandes Qonsales (İspaniya), Hentse Petur Pall Uinter (Farer adaları)
Dördüncü hakim: Rani Andrasson Skaalum (Farer adaları)