Azərbaycan millisinin oyunu Sumqayıtda

13:57 - 22 Oktyabr 2019

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.

 

Oyun noyabrın 14-ü saat 18:00-da baş tutacaq.

 

U-21 millisinin İsveçrəyə 0:1 hesabı ilə uduzduğu oyun da “Kapital Bank Arena”da reallaşmışdı.

 

Xəbər xətti