AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, toplantıda aşağı yaş qrupları üzrə keçirilən yarışlarla bağlı da cəzalar açıqlanıb.
U-17 Liqasının, “Keşlə” – “Səbail” matçının 82-ci dəqiqəsində “Səbail” klubunun baş məşqçisi Yaşar Abuzərov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-17 Liqasının “Sabah” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Rza Cəfərov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır;
U-17 Liqasının “İsgəndər Cavadov BFA” – “Neftçi İK İB” matçının 90+2-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 11 №-li futbolçusu Əziz Müzəffərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-17 Liqasının “Xəzər Lənkəran” – “Kəpəz” matçının 90+4-cü dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Cavid Qurbanov və “Xəzər Lənkəran” klubunun 9 №-li futbolçusu Xanoğlan İsmayılov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyun cəzalanır;
“Xəzər Lənkəran” klubunun azarkeşləri meydana daxil olduqlarına görə kluba 1 ev oyun azarkeşsiz keçirilməsi qadağası qoyulur;
U-17 Liqasının “Tufan” – “Sumqayıt” matçının 89-cu dəqiqəsində “Tufan” klubunun 18 №-li futbolçusu Bəhruz Tanrıverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-16 Liqasının “Zirə” – “İsgəndər Cavadov BFA” matçının 45-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 18 №-li futbolçusu Rüfət Cəbrayıllı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-15 Liqasının “Keşlə” – “İsgəndər Cavadov BFA” matçının 66-cı dəqiqəsində “Keşlə” klubunun 12 №-li futbolçusu Əlişan Abbasov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
Oyunun 22-ci dəqiqəsində “Keşlə” klubunun baş məşqçisi Alim Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanır;
U-15 Liqasının “Neftçi” – “Sabah” matçının 65-cı dəqiqəsində “Sabah” klubunun 6 №-li futbolçusu Həmdulla Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
Oyunun 80+5-ci dəqiqəsində “Neftçi” klubunun 18 №-li futbolçusu Elton Həsənli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-14 Liqasının “Azəri TİM” – “Gəncə TİM” matçının 29-cu dəqiqəsində hər iki klubunun baş məşqçisi Elşən Əliyev və İlkin Verdiyev bir-birilərinə qarşı təhqiredici ifadələr işlətdiyinə görə hər biri 2 oyun cəzalanır;
U-14 Liqasının “Keşlə” – “Qarabağ” matçının 34-cü dəqiqəsində “Qarabağ” klubunun 1 №-li futbolçusu Osman Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-14 Liqasının “8 №-li İOEUGİM” – “Məqsəd Kursları” matçının 69-cu dəqiqəsində “Məqsəd Kursları” klubunun 11 №-li futbolçusu Hikmət Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-13 Liqasının “Sahil FA” – “Sumqayıt” matçının 5-ci dəqiqəsində “Sahil” klubunun 7 №-li futbolçusu İslam Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-13 Liqasının “Qarabağ” – “Xəzər Buzovna” matçının 47-ci dəqiqəsində “Qarabağ” klubunun 18 №-li futbolçusu Eltun Babazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır;
U-13 Liqasının “Sarvan” (Samux) – “TİM” (Uğur) matçında “TİM” (Uğur) komandasanın heyətində yetər say olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir;
U-11 Liqasının, “Çinar UGFHK” – “UGİM” matçının 10-cu dəqiqəsində “Çinar UGFHK” klubunun baş məşqçisi Elçin Quziryani hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır;
Oyunun 25-ci dəqiqəsində “Çinar UGFHK” klubunun məşqçisi Teymur Nəbiyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır;
U-13 Qızlar Liqasının “Mələklər” FK (Lənkəran) – “Aran” (Ağcabədi) matçında “Mələklər” komandası iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir;
Yüksək Qızlar Liqasının “8 №-li İOEUGİM” – “Balxurma” matçında “Balxurma” klubunun baş məşqçisi Fərəc Bulacov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır.