AFFA 19 yaşadək futbolçulardan ibarət millinin bir neçə üzvünü cərimələyib.
Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, Avropa çempionatının ilkin mərhələsinin Çexiyada keçirilmiş qrup oyunları (9-15 oktyabr) müddətində müvafiq yaş qrupuna aid Azərbaycan milli komandasının bir neçə futbolçusunun siqaret çəkməsini komandanın məşqçi heyəti müəyyənləşdirmişdi.
Məsələ ilə bağlı komandanın baş məşqçisinin təqdimatına əsasən, AFFA həmin futbolçuları cərimələyib və müqavilə ilə məxsus olduqları klublar bu barədə müvafiq qaydada məlumatlandırılacaq.
İntizam qaydalarını pozan həmin futbolçuların gələcəkdə milli komandaya dəvət olunub-olunmayacağı barədə qərarı baş məşqçi verəcək.
saytlarin hazirlanmasi