Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.
Sportal.az xəbər verir ki, “Qəbələ” Bakıda yerli “Keşlə” ilə görüşəcək. Bu, iki komanda arasında 51-ci duel olacaq.
İlk dəfə 2006/07 mövsümündə görüşən rəqiblər indiyədək 50 dəfə qarşılaşıblar. 16 qələbə qazanan “Qəbələ” 17 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb. 117 qolun vurulduğu matçlarda paytaxt təmsilçisi üstünlüyə malikdir – 65:52. “Qəbələ”nin bu oyunlardakı ən məhsuldar futbolçusu Daniel Subotiçdir. Onun hesabında 5 qol var.
Komanda 25-ci dəfə “Keşlə”nin qonağı olacaq. Səfərdə 8 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 14 dəfə uduzub. Rəqib meydanında 25 qol vuran "Qəbələ" 38 top buraxıb.
Əvvəlki 50 oyundan 45-i çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənib. 15 matçda isə bakılılar qalib gəlib. Çempionatda rəqibinin qapısından 45 top keçirən komanda 58 qol buraxıb.
saytlarin hazirlanmasi