Millinin potensial rəqibləri

12:18 - 28 Oktyabr 2019

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsi başa çatıb. 8 qrupda baş tutan görüşlərdən sonra elit-raundun iştirakçıları bəlli olub.

 

Bakıda keçirilən 3-cü qrupun qalibi olan Azərbaycan millisi ilə yanaşı, Belarus, Çexiya, Xorvatiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna da elit-raunda adlayıb.

 

Bu mərhələnin püşkü noyabrın 7-də, Bakı vaxtı ilə saat 17:15-də atılacaq. Komandalar püşkatmada 4 qrupa bölünəcək. Qrup qalibləri gələn il Litvada təşkil olunacaq mundiala vəsiqə qazanacaq.

 

İkinci yerin sahibləri pley-offda son iki vəsiqəni müəyyənləşdirəcəklər. Millimiz ilkin seçmə mərhələnin qrupunda Moldovanı 3:1, Monteneqronu 3:2, Slovakiyanı isə 2:0 hesabı ilə məğlub edib.

Xəbər xətti