İntizamsız futbolçu kimi tanınan "Qalatasaray"ın yarımmüdafiəçisi Əmrə Mor yenə modellərə yazdığı mesajlarla gündəmə düşüb.
Sportal.az xəbər verir ki, "Instagram"da 578 min izləyicisi olan Merve Taşkın Əmrənin mesajlarını paylaşıb. Türkiyə millisinin üzvü ilə yazışmasını paylaşan gözəl model bu sözləri qeyd edib: "Yeni yeznəniz ola bilər, tanış olun. Bu, gizli bir şeyi paylaşmaq demək deyil. İstəsəydim, başqa cür edərdim. Məqsədim sizi yeznə olmağa namizəd biri ilə tanış etməkdir".
Ötən aylarda 23 yaşlı model Yağmur Taktaş Əmrənin mesajlarını paylaşaraq, onu biabır eləmişdi.
saytlarin hazirlanmasi