İsrail və braziliyalı keçmiş futbolçular arasında keçilən yoldaşlıq oyununda maraqlı hadisə baş verib.
Sportal.az xəbər verir ki, Hayfa şəhərində təşkil edilən xeyriyyə oyununun 51-ci dəqiqəsində qadın hakim Kakanı heç bir səbəb olmadan sarı vərəqə ilə cəzalandırıb və daha sonra onunla selfi çəkdirib.
Kaka və digər futbolçular bu hadisəni təəccüblə qarşılayıb.
Qarşılaşmada braziliyalı əfsanələr 4:2 hesabı ilə qalib gəlib. Qolları Bebeto, Ronaldinyo, Kaka və Marsio Amorozo vurub.
saytlarin hazirlanmasi