"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal "El Mercurio"ya açıqlama verib.
Sportal.az xəbər verir ki, çilili futbolçu Kataloniya klubunda xoşbəxt olmadığını deyib:
"Xoşbəxt deyiləm. Karyeramda hər zaman əsas heyət üzvü olmuşam. Sakitəm və əlimdən gələn qədər çox çalışıram. Ümid edirəm ki, yenidən əsas heyətdə yer alacam. Komandaya çox kömək etmək istəyirəm. İndiki durumumdan razı deyiləm. Lakin qərarlar baş məşqçiyə məxsusdur".
Vidal "Yuventus"da rəhbərliyi altında oynadığı italiyalı baş məşqçi Antonio Konte haqda xoş sözlər səsləndirib:
"Onunla birgə çalışdığım üçün şadam. Məni daha səviyyəli oyunçu etdi. Buna görə də Konteyə hər zaman minnətdar olacam. Futbol dünyasında ən önəmli şey kiməsə güvənməkdir. Mən də Konteyə güvənirəm".
32 yaşlı futbolçu Çilidə dövlətə qarşı etiraz aksiyası edən xalqı dəstəklədiyini deyib:
"Ağlım hər zaman ölkəmdədir. Gözümü xəbərlərdən ayırmıram. Əgər Çilidə olsaydım, mən də küçələrdə etiraz edərdim".
saytlarin hazirlanmasi