Rusiyalı UFC döyüşçüsü: "Şəkillərim açıq-saçıq deyil" - FOTOLAR

00:39 - 1 Noyabr 2019

Rusiyalı UFC döyüşçüsü Aleksandra Albu "Instagram"da pylaşdığı fotoları açıq-saçıq hesab etmir.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı rusiyalı qadın idmançı fotolarını paylaşmaqda sərbəst olduğunu deyib:

 

"Fotolarım açıq-saçıq deyil, mən belə hesab etmirəm. Çimərlik fotosu niyə açıq-saçıq sayılsın ki? Çimərlikdə başqa nə geyinə bilərik? Hamı belə geyinir. Həm də şəkillərimlə öz vucudumun ideallığını göstərirəm ki, örnək götürsünlər. İnsanlar idmanla məşğul olduğumu görüb, həvəslənsinlər. Şəkil paylaşmaqda sərbəstəm".

 

Xəbər xətti