İspaniya La Liqasının 11-ci turunda səfərdə "Levante"yə 1:3 hesabı ilə uduzan "Barselona"nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis istefa vermək fikrində olmadığını deyib:
"İstefa verməyi düşünmürəm. İnanmıram ki, futbolçular da bunu istəsin. Bu, bir məğlubiyyət idi. Çalışmağa davam edəcəyik və bu yenilgiyə cavabımız olacaq. Hesab 3:1 olanda lazım olan reaksiyanı vermədik. Heç qol şanslarımız da olmadı. Uğursuz oyun oldu".
"Barselona" 22 xalla La Liqada turnir cədvəlinə başçılıq edir.
saytlarin hazirlanmasi