Polşalı xanım hakim Karolina Boyar dünyanın ən gözəl qadın referisi hesab edilir.
Sportal.az xəbər verir ki, təyinat aldığı oyunlarda futbolçular onun qərarlarına etiraz etmir. 21 yaşında olmasına baxmayaraq, o, qısa müddətdə böyük marağa səbəb olub.
Karolinanı futbolla ilk dəfə keçmişdə futbolçu olan atası tanış edib. Hakimlik Karolinanın yeganə işi deyil. Xanım referi Varşavada hüquq fakültəsində təhsil alır. Həvəskarlar və aşağı liqalardakı oyunlara təyinat alan Karolina Boyarın ən böyük hədəfi məşhur almaniyalı qadın referi Bibiana Steinhaus kimi yüksək səviyyəli oyunları idarə etməkdir.
Gənc referinin "Instagram"da 165 min izləyicisi var.
saytlarin hazirlanmasi