Almaniyanın "Bayern" klubu baş məşqçisi Niko Kovaçı istefaya göndərib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Münhen klubunun rəhbərliyi komandanın Bundesliqanın 10-cu turunda "Ayntraxt"a 1:5 hesabı ilə uduzmasından sonra xorvatiyalı mütəxəssislə yolları ayırmağa qərar verib.
Kovaç 2018-ci ildən "Bayern"i çalışdırırdı.
saytlarin hazirlanmasi