"Real"ın və İspaniya millisinin sabiq üzvü Qutinin yeri iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 42 yaşlı məşqçi İspaniya Sequnda təmsilçisi "Almeriya"nın baş məşqçisi təyin edilib. Klub saytı müqavilənin detallarını açıqlamayıb.
"Almeriya" Sequndanın turnir cədvəlində 14 turdan sonra 24 xalla 2-cidir.
Quti ötən mövsüm "Beşiktaş"da Şenol Günəşin köməkçisi idi.
saytlarin hazirlanmasi