AÇ-2020 rəsmi topunun təqdimat mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, qitə birinciliyində istifadə olunacaq top “Uniforia” adlanır. “Adidas”ın hazırladığı idman ləvazimatının əsas rəngi ağdır. Amma topun üzərində müxtəlif rəngli çalarlar var.
AÇ-2020-nin matçları 12 şəhərdə, o cümlədən Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu qrup mərhələsinin üç, 1/4 finalın 1 matçına ev sahibliyi edəcək.
saytlarin hazirlanmasi