AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin baş məşqçisi Rayan Giqqzlə bağlı yeni xəbər yayılıb.
Sportal.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi 30 yaşlı dicey və model Hellinq Stellinq Holtla sevgilidir. 45 yaşlı mütəxəssis ötən ay yeni sevgilisi ilə Rio Ferdinandın toyunda iştirak edib. Cütlük hərdən gecə klubunda görünür.
Keçmişdə Rayan Giqqz qardaşının həyat yoldaşı ilə yaxalandığı üçün ailə üzvləri ilə münasibəti korlanmışdı. O, Uels millisinin baş məşqçisi təyin olunanda atası Rayanı satqın adlandırıb, ünvanına sərt sözlər səsləndirmişdi.
“Mən hətta onun adını belə çəkmək istəmirəm. O, böyük qardaş kimi kiçik qardaşını qorumağa borclu idi. O isə qardaşının kürəyinə bıçaq sapladı. Qardaşını ən əxlaqsız tərzdə aldatdı. Hətta üzr istəməyə də cəsarəti çatmadı. Əslində, Giqqzin qazandığı uğurlara görə dünyanın ən xoşbəxt atası olmalıydım. Ancaq onun uğurlarına görə sevinmirəm. Rayanı ekranda görəndə televizoru söndürürəm. Bütün ailə üzvlərimiz belə edir. Uels yığmasını çalışdırmaq onun işi deyil”, - atası Denni Uilson bildirmişdi.
saytlarin hazirlanmasi