David Vilya karyerasını başa vurur

12:12 - 13 Noyabr 2019

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İspaniya millisinin sabiq hücumçusu David Vilya karyerasını başa vurmağa qərar verib.

 

Sportal.az xəbər verir ki,  37 yaşlı forvard 19 illik peşəkar karyerasına 2020-ci ilin yanvar ayında son qoyacağını bəyan edib. İspaniyalı futbolçu yanvarın 1-i “Vissel Kobe” ilə "İmperator kuboku"nu qazanmaq üçün son dəfə meydana çıxacağını açıqlayıb.

 

Vilya "Sportinq" (Xixon), "Saraqosa", "Valensiya", "Barselona", "Atletiko" və "Nyu-York Siti" kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.

Xəbər xətti