Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar öncəsi fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu son 2 görüşün onlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İstirahətdən sonra son 2 turun matçı səbirsizliklə gözləyirəm. Xorvatiya ilə eyni heyətə malik olmasaq da, sona qədər mübarizə aparacağıq. Xorvatiyayla matçdan yaxşı nəticə qazandıqdan sonra Azərbaycanla matça köklənəcəyik”.
Noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.
saytlarin hazirlanmasi