"Oyun heç-heçə də başa çata bilərdi" - Lixtenşteyn millisinin baş məşqçisi

21:14 - 14 Noyabr 2019

21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn millisinin baş məşqçisi Martin Ştoklaza Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtda Azərbaycan yığmasına uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Həm Azərbaycanın, həm də bizim qol vurmaq üçün şanslarımız oldu. Oyun heç-heçə də başa çata bilərdi. Azərbaycan millisi daha ehtiyatlı oynadı. Amma bu komandalar arasında keçirilmiş ilk oyunda vəziyyət belə deyildi. Onda komandalar fərqli oyun nümayiş etdirmişdi. Vaxtilə bura futbolçu kimi də gəlmişdim. O vaxtdan hər iki ölkənin yığma komandalarının inkişaf etdiyini, nəticələrini yaxşılaşdırdığını vurğulaya bilərəm. Azərbaycan millisinin hazırkı heyətində istedadlı futbolçular var”.

Xəbər xətti