Serbiya və Rusiya bayraqlarını səhv salan "Adidas" qalmaqala səbəb oldu

11:01 - 15 Noyabr 2019

Rusiya millisi “Adidas” firmasının buraxdığı yeni formalardakı qüsura görə AÇ-2020-nin seçmə mərhələsindəki son oyunlara çıxmayacağını bəyan etmişdi.

 

Sportal.az xəbər verir ki, şirkət qüsuru aradan qaldırıb və yeni formalar təqdim edilib. Forma təqdimatında yığmanın baş məşqçisi Stanislar Çerçesov da iştirak edib. O, yeni formanın dizaynından razı qaldığını deyib.

 

“Adidas” daha öncəki formada Rusiyanın bayrağını Serbiya ilə səhv salmışdı. Buna görə də böyük qalmaqal yaşanmışdı. Şirkət ciddi səhvə görə federasiyadan üzr istəmişdi.

 

Rusiya millisi Avropa çempionatına vəsiqəni təmin edib. Komandanın seçmə mərhələdə son iki oyunu Belçika və San Marinoya qarşı olacaq.

Xəbər xətti