Luis Enrike rəsmən İspaniya millisində

16:06 - 19 Noyabr 2019

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsini Luis Enrikeyə həvalə edib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis İspaniya millisini 2022-ci ildə keçiriləcək dünya çempionatının sonuna qədər komandanı çalışdıracaq.

 

Luis Enrike qızının xərçəng xəstəliyindən əziyyət çəkməsinə görə 5 ay əvvəl millidən ayrılmışdı. Onun qızı avqustda dünyasını dəyişmişdi.

 

Müvəqqəti baş məşqçi təyin edilmiş Roberto Moreno Rumıniyaya 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfrasına qatılmayıb. O, Enrikenin geri dönəcəyini eşidəndən sonra stadionu tərk edib.

Xəbər xətti