İngiltərənin “Tottenhem” klubunun baş məşqçi postundan göndərilən Maurisio Poçettino komanda ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis paltardəyişmə otağında taktiki gedişlərin qeyd edildiyi lövhəyə təşəkkür mesajı yazıb:
“Hər birinizə çox təşəkkürlər! Əlvida deyə bilmərik... Siz həmişə qəlbimizdə qalacaqsınız”.
47 yaşlı mütəxəssis 2014-cü ildən londonluları çalışdırırdı. Premyer Liqada bu mövsüm uğursuz çıxışa görə postundan göndərilən Poçettinonu portuqaliyalı çalışdırıcı Joze Mourinyo əvəz edib.
saytlarin hazirlanmasi