Avstriya II Bundesliqasında 15-ci tura start verilib.
Sportal.az xəbər verir ki, U-21 millisinin hücumçusu Barış Ekincierin formasını geyindiyi “Austria” doğma meydanda Vyana "Austriya"sına 2:1 hesabı ilə qalib gəlib.
Milliləşdirilmiş hücumçu qarşılaşmanın iştirakçısı olmayıb. O, bu mövsüm 7 oyun (100 dəqiqə) keçirib və qol vurmayıb.
"Austria” 35 xalla liderdir. 1 oyun az keçirmiş "Rid" 32 xalla 2-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi