İspaniya La Liqasında 14-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Sevilya" səfərdə "Real Valyadolid"ə 1:0 hesabı ilə qalib gəlib.
Əndəlüsiyalılar 13-cü dəqiqədə Ever Baneqanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla qalib gəlib.
"Sevilya" noyabrın 28-i Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək.
Komanda La Liqanın turnir cədvəlində 27 xalla 3-cüdür. "Barselona" və "Real" 28 xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşür.
saytlarin hazirlanmasi