"Artıq "Qarabağ"la qarşılaşmanı düşünürük"

17:09 - 25 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək İspaniyanın "Sevilya" klubunun futbolçusu Joan Jordan açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi qalan iki matçda qələbə qazanmaq istədiklərini söyləyib:

 

"Avropa Liqasının qrup mərhələsində qalan hər 2 görüşdə meydana qələbə üçün çıxacağıq. Artıq "Qarabağ"la qarşılaşmanı düşünürük. Çünki bu oyunda da əsas məqsəd qələbə qazanmaqdır".

 

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.

 

Xəbər xətti