Azərbaycan millisi reytinqdə geriləyəcək

18:42 - 25 Noyabr 2019

Azərbaycan millisi FIFA reytinq sıralamasında geriləyəcək.

 

Sportal.az xəbər verir ki, buna yığmanın AÇ-2020-nin seçmə mərhələsinin son oyunlarında Uels və Slovakiyaya məğlubiyyəti səbəb olub. Hər iki görüşdə 0:2 uduzan komanda 12 xal itirib. Beləliklə, xal ehtiyatı 1189-dan 1177-ə enən yığma son siyahı ilə müqayisədə 3 pillə geri düşüb. Ötən sıralamada 111-ci olan komanda bu dəfə 114-cü yerdə qərarlaşacaq.

 

Yığmanın ən yaxın qonşuları Tailand (113-cü) və Kosovo (115-ci) olacaq.

 

FIFA reytinq cədvəlini noyabrın 28-də dərc edəcək.

Xəbər xətti