AFFA hakimi döyən məşqçini 1 illik cəzanlandırdı

16:07 - 26 Noyabr 2019

Saatlının “Təhsil” klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədov cəzalanıb.

 

Sportal.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsi çalışdırıcını 12 ay yarışlardan kənarlaşdırılıb.

 

Məşqçinin belə ağır cəza almasına U-12 Liqasının, “Ağsu” – “Təhsil” qarşılaşmasındakı davranışı səbəb olub. Hakimə qarşı təhqiredici ifadələr işlədən M.Məmmədov ona fiziki təzyiq göstərib. Hakimin döyülməsini araşdıran komitə ona belə cəza verməyi məqsədəuyğun sayıb.

Xəbər xətti