Luuk de Yonq: "Qarabağ"la oyunumuz adi deyil"

13:50 - 27 Noyabr 2019

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Sevilya" bu görüşə xüsusi yanaşır.

 

Sportal.az xəbər verir ki, Əndəlüsiya klubunun hücumçusu Luuk de Yonq İspaniya mətbuatına açıqlamasında belə deyib. Niderlandlı forvard "Sevilya"nın bu turnirdə 5 dəfə qalib olmasının qabardaraq deyib ki, Avropa Liqası onlar üçün xüsusi bir yarışdır: "Məqsədimiz 6-cı dəfə baş mükafatı qazanmaqdır. 5 dəfə final oynamışıq və hamısında qalib gəlmişik. Mövsümün sonuna qədər yüksək motivasiyanı qorumalıyıq. Əhəmiyyətindən və mövqeyindən asılı olmayaraq, bütün rəqiblərə qarşı yüksək əhvalda köklənirik. Növbəti rəqib "Qarabağ"la matç da adi oyun deyil, qrup mərhələsinin vacib görüşüdür".

 

"Sevilya" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Xəbər xətti