“Barselona”nın futbolçusu İvan Rakitiç gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi oynayacağı təqdirdə komandada qalmaq istədiyini bildirib:
“Daim heyətdə olmaq istəyirəm. Əgər oynaya bilsəm, mənim üçün “Barselona”dan daha yaxşı bir yer yoxdur. Hər günümün dadını çıxarmaq istəyirəm”.
İvan Rakitiç 2014-ci ildən “Barselona”nın formasını geyinir. Son vaxtlar heyətə düşməkdə çətinlik çəkən 31 yaşlı futbolçunun “İnter”ə keçəcəyi haqda xəbərlər yayılıb.
saytlarin hazirlanmasi