İspaniya La Liqasının 16-cı turunda “Atletik”i 3:2 hesabı ilə məğlub edən “Real Betis”in kapitanı Xoakin İspaniya çempionatının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, komandasının 3 qolunun müəllifi olan ispaniyalı vinger La Liqa tarixində het-trik edən ən yaşlı futbolçu olub. O, bunu 38 yaş, 140 günlüyündə bacarıb.
İspaniya La Liqasında əvvəlki rekord 37 yaşında het-trik etmiş Madrid “Real”ının əfsanəvi futbolçusu Alfredo Di Stefanoya məxsus idi.
<iframe class="cv-player" src="https://hdmacozeti.veuclipstoday.tk/embed/wuZAuXoB8Z#inside" width="560" height="315" frameborder="0" allowfullscreen></iframe>
saytlarin hazirlanmasi